ANS GROUP | Bakıda "Harley-Davidson" motosiklet mağazası açılır
 

Bakıda "Harley-Davidson" motosiklet mağazası açılır


Bakıda "Harley-Davidson" motosiklet mağazası açılır

Motosiklet alanlara qiymətli hədiyyələr təqdim olunacaq

Bakıda ilk dəfə olaraq “Harley-Davidson Baku” motosiklet mağazası istifadəyə veriləcək. “Azman.co” MMC-nin baş direktoru Rüfət Məsimovun ANS PRESS-ə verdiyi məlumata görə, Bibiheybət prospekti, 2, Bina 7 ünvanında yerləşən mağaza hazırda fəaliyyət göstərsə də, rəsmi olaraq 1,5 aya istifadəyə veriləcək. Onun sözlərinə görə, “Azman.co” şirkəti (“Kawasaki”nin də rəsmi distribyutoru) “Harley-Davidson”un Azərbaycanda ilk və yeganə distribyutorudur. 

Mağazada hələ ki, “Harley-Davidson” markalı 8 modelin olduğunu bildirən Rufət Məsimov gələcəkdə onların sayının artırılacağını planlaşdırdıqlarını qeyd edib. Hazırda mağazada “Touring” ailəsindən – Street Glide 103, “Softail” ailəsindən – Softeil Delux və Fat Boy Special, VRSC ailəsindən – V-road Muscle, “Sportster” ailəsindən – XL-883L Super Low, XR1200X, Nightster və “Dyna” ailəsindən – Street Bob modelləri var. 

R.Məsimovun sözlərinə görə, mağazadan alınan hər bir motosikletə 2 il zəmanət verilir, kilometraj limiti isə yoxdur. Həmçinin mağazadan alınan motosikletlərə uşaq arabası və ya üçüncü təkər də əlavə etmək mümkündür və bu zaman zəmanət öz qüvvəsində qalır. Bu motosikletlərin qiyməti 11 900 AZN ilə təqribən 25 000 AZN arasında dəyişir. Baş direktor motosikletlərin kreditə veriləcəyini də söyləyib. O, hazırda danışıqlar aparıldığı üçün dəqiq kredit şərtlərinin olmadığını bildirib. R.Məsimovun sözlərinə görə, kreditlər 3 bank tərəfindən həyata keçiriləcək. Şirkətin baş direktoru bildirib ki, mağazadan motosiklet alanlara qiymətli hədiyyələr də veriləcək.

Mağazanın yanında buradan alınan motosikletlər üçün servis xidməti də fəaliyyət göstərir. “Bizim bütün personalımız “Harley-Davidson” şirkəti tərəfindən keçirilən treninq və təlimatlarda iştirak edib və artıq beynəlxalq səviyyəyə uyğun servis xidməti göstərilir. Mağazanın servis mərkəzi elə həmin ünvanda yerləşir. Mərkəz “Harley-Davidson” şirkəti tərəfindən məsləhət bilinən ən son avadanlıqlarla təchiz edilib. Burada motosikletin diaqnostikasından tutmuş rəngdə olan deffektlərə kimi zəmanətə daxil servis xidmətləri həyata keçirlir. Hətta Avropada alınıb qeydiyyata düşən motosikletlərin sahibləri də bizim salonlara müraciət edə bilər”, - deyə o qeyd edib.

Müsahibimizin verdiyi məlumata görə, mağazada həmçinin geniş geyim və aksessuar kolleksiyası da var: “Hər iki cinsin nümayəndələri üçün satılan geyimlər peşəkar və gündəlik sürüş üçün nəzərdə tutulan kateqoriyalara bölünür. Bundan əlavə bizdə “Harley-Davidson” markalı dəbilqə, dəri gödəkçə, əlcək, kəmər, bandana, kepka, pul çantası, portmane, idman çantaları, maykalar, eyni zamanda məişət avadanlıqları – fincanlar, iskənələr, daxıl, qab-qacaq və s. satılır. Həmçinin böyük aksesuar seçimimiz var. Burada qadınlar üçün bijuteriya əşyaları da satılır. Həmçinin “Harley” sevənlər üçün ofis ləvazimatları da var. “Harley-Davidson” alan şəxs motosiklet aləmində nəsə yeni bir şey axtardığına görə, şirkət belə bir imkan verir ki, motosikletin üzərində onun dəyərindən artıq aksessuarlar da quraşdırmaq olar. Yəni burada mühərrikin dəyişdirilməsindən tutmuş xarici görünüşün dəyişdirilməsinədək mümkündür. Bütün bu işlər sırf peşəkarcasına, zavod tövsiyyələri əsasında həyata keçirilir. Dəyişikliklər edilərkən zəmanət qüvvədə qalır. Bütün bunları həyata keçirəndə isə insan sırf özünün oturuşuna və həyat tərzinə uyğun bir motosiklet əldə edir. Motosikletlər benzinlə işləyir. Çox sərfəlidir. Qiymətlər 12 - 31 min arasında dəyişir”.

Azman Ko Şirkəti rəsmi 2008-ci ilin iyun ayında qeydiyyatdan keçib. Aktiv fəaliyyətə isə,  bir il sonra yəni,  2009- cu ilin iyun ayından start verdi . 

 

2009-cu ilin Noyabr ayının ortalarında İtaliyanın Milan şəhərində keçirilən motosiklet sərgisində Azman Ko Şirkətinin Avropanın və Amerikanın bir neçə tanınmış motosiklet, geyim və aksessuar brendlərini Azərbaycan bazarında öz müştərilərinə təqdim etmək razılığı əldə olundu  

http://anspress.com/index.php?a=2&lng=az&nid=106082