ANS GROUP | ANS - İN APARICISI ROK MUSİQİÇİ OLDU
 
ANS - İN APARICISI ROK MUSİQİÇİ OLDU

Bakıda rok klublardan birində növbəti rok konsert baş tutdu. ANS PRESS-in məlumatına görə, konsert digərlərindən üslubuna görə fərqlənirdi, bu əsl cem-seyşn idi. 
Həmişə olduğu kimi, camaat aparaturanın köklənməsi zamanı toplaşdı. Gələnlər haradasa 50-60 nəfər idi. Hərə bir küncə çəkilib, qızğın şəkildə son xəbərləri müzakirə etməyə başladı. 
İlk qrup!
Qrup "28 May" adlanırdı. Qrupun gənc olduğu o dəqiqə göründü. Qrupun vokalçısı digər üzvlər kimi özünə əmin deyildi, bu da zaldakı ümumi abhavaya təsirini göstərirdi. Gələnlər səhnədə nə baş verdiyinə o qədər də fikir vermirdilər. Buna baxmayaraq qrup öz sinqllarını ingilis dilində ifa etməyə davam edirdi. İndi bütün sahələrdə Azərbaycan dili tendensiyasının artdığını nəzərə alsaq, rok da istisna deyil. Doğma dildə də oxumaq olardı. Budur, qrup son mahnısını ifa edir və alqış sədaları altında səhnəni tərk edir. 
Qrupu əvəz etməyə isə rok konsertlərinin daimi tamaşaçısı, ANS TV-nin aparıcısı və ANS ÇM-in diceyi Cavid Osmanov çıxır. Amma bu dəfə rok musiqiçi kimi. Onun publika ilə ünsiyyəti isə istədiyiniz qədər idi. Publikanın diqqəti aparaturanın köklənməsindən dərhal sonra səhnəyə yönəlir, hər şey hazır idi. Birinci mahnı isə "Saxla, düşən var" adlanır. 
Onun mahnılarını bu vaxtadək heç kəs Azərbaycan dilində eşitməmişdi, bu onun necə deyərlər yaradıcılığının təqdimatı idi. Tamaşaçılar hər bir sözə reaksiya verirdilər. Mahnıda isə ölkədəki sosial vəziyyətdən danışılırdı. Hər kəs özünə aid nəsə tapa bilərdi. Cavidi gitarada gənc, amma istedadlı gitaraçı Natiq müşayiət edirdi. Bir çoxları onu səs-küy çıxarmış "Bulistan-qrup" videosundan yaxşı tanıyır və xatırlayır. Birinci mahnı çılğın alqışlarla müşayiət olunur
İkinci mahnı isə o qədər də senzuralı deyildi, mahnı belə adlanırdı -"*** bu dünyaya". Osmanov istəyən hər kəsə səhnəyə çıxaraq onunla birgə oxumağı təklif etdi. Belə də oldu, səhnəyə "Sir" qrupunun gitaraçısı Anar Əliyev, musiqiçi Camal Əli, həmçinin "Bulistan-qrup"dan tanınan Natiq qaldxı. Camal nağaranın arxasına keçdi. Bu zaman əsl cem başladı. Cavidin sözlərinə görə, onlar iki mahnı oxumağı planlaşdırsalar da, əgər tamaşaçılar istəyirsə, 3-cünü də ifa etmək olar. Üçüncü mahnı isə "De görüm mənə" adlanırdı. Zalda energetika hiss olunurdu. Mahnıların sadə nəqarətlərini demək olar ki, hamı oxuyurdu.. Cavid istəksiz olaraq səhnəni tərk etdi, düzü, alqışlar altında. Və səhnəyə Camal Əli çıxdı. Daha soğrusu, nağaranın arxasına keçdi və gitaranı əlinə götürdü. Onun mahnılarını hamı bilirdi və məmnunluqla oxyurdu. Natiq onu müşayiət edirdi. Zaldakılar Camalla birdə "Səddam" və "Kaş ki atam Kamboca prezidenti olsaydı" oxuyurdular.
Amma daha çox coşğun cem mahnıları və imporvizasiyalar səslənirdi, bu da əlavə drayv verirdi! Hamı heyran idi, xüsusilə də yarımsərxoş pozitiv oğlan seçilirdi, sarı futbolkalı bu oğlan səhnədəki hər kəsi öpürdü. Qısası, çox maraqlı və doğma idi. Cem davam edirdi, musiqiçilər bir-birlərini əvəz edirdi, amma energetika öz yerində, əla qalırdı. Cavid Osmanov tərəfindən coşdurulmuş publika, demək olar ki, konsertin sonuna kimi eyni mühitdə qalıb. 
Nəticə: Belə konsertlər tez-tez olsun.
PS. Bizə Zəhra Rüstəm - Osmanovlar tərəfindən təqdim edilmiş fotoları təqdim edirik