ANS GROUP | AZƏRBAYCAN KİNOTEATRLARINDA "XOCA" FİLİMİNİN NÜMAYİŞİNƏ BAŞLANDI
 
AZƏRBAYCAN KİNOTEATRLARINDA "XOCA" FİLİMİNİN NÜMAYİŞİNƏ BAŞLANDI

Bu gün Bakının “Nizami” kinoteatrında ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin Xocalı faciəsinin 20 illiyinə həsr etdiyi “Xoca” bədii filminin ilk nümayişi olub. Zala toplaşanları ANS Şirkətlər Qrupunun vitse-prezidenti, filmin baş prodüseri Mir Şahin Ağayev salamlayıb və film haqqında qısa məlumat verib. M.Ağayev "Xoca" filminin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra söz qonaqlara verilib.
Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. Film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır. Filmin ilk nümayişində bir sıra ictimai xadimlər, dövlət rəsmiləri və ziyalılar iştirak edib.
Maraqlı məqamlardan biri o idi ki, filmin nümayiş olunduğu məkanın önündəki xalça adəti üzrə qırmızı deyil, qara rəngdə olub.
Qeyd edək ki, film Bakıda "Nizami", "Park Bulvar" və "Bakı" kinoteatrlarında, Gəncə Dövlət Dram Teatrı, Şəkidə Çingiz Klubda, Şirvan, Bərdə, Zaqatala Mədəniyyət evlərində nümayiş olunacaq.

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=140006