ANS GROUP | XOCALIDAN BƏHS EDƏN “XOCA” FİLMİ NÜMAYİŞ EDİLİB
 
XOCALIDAN BƏHS EDƏN “XOCA” FİLMİ NÜMAYİŞ EDİLİB

Dünən “Nizami” kinoteatrında “Xoca” filminin təqdimat mərasimi keçirilib. Azərbaycan kino ekspessionizmi janrında olan filmin rejissoru və ssenari müəllifi ANS şirkətlər qurupunun prezidenti Vahid Mustafayev, baş prodüsseri Mir Şahin, prodüsser Eyyub Danişvərdir.
Tədbirdə ilk olaraq “Xoca” filmi nümayiş etdirilib. 
Qeyd edək ki, baş rollarda İlqar Musayev, Nigar Bahadirqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və Mina çəkilib. 
Filmdə Vahid Mustafayev soyqırımın necə başlanması və bu hadisələrin pərdə arxası məqamlarını ön plana çəkib. Film ermənilərin Xocalıda törətdiyi soyqırımdan bəhs edir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cərəyan edən hadisələri işıqlandırılıb. Filmin ana xətti müharibənin bütün mümkün gözəlliklərə qarşı çevirilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınmasıdır. Filmin çəkilişlərinə 2000 nəfərə yaxın insan cəlb edilib. Bununla yanaşı filmə külli miqdarda silah-sursat, şəxsi heyət və zirehli texnika cəlb edilib. Kütləvi səhnələri və döyüş epizodlarının geniş yer aldığı “Xoca” bədii filmi müasir kinematoqrafın ən son nailiyyətləri əsasında lentə alınıb. “Bakıfilm” studiyasının çəkdiyi bədii film Azərbaycan kinosu üçün nadir hadisə hesab edilir. Sözün həqiqi mənasında filmdə yer alan səhnələr son dərəcə inandırıcı təsvir edilib. 
Filmin qısa məzmunu belədir: İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda – Xocalıya qayıdır.
Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir...
Daha sonra fikirlərini bölüşən filmin baş prodüsseri Mir Şahin Ağayev kinonun Xocalı faciəsinin 20 illiyinə həsr edildiyini qeyd edib. O, bu filmin Azərbaycan kinomatoqrafiyasında xüsusi çəkisinin olduğunu söyləyib. Filmdə nifrət və sevginin əks etdirildiyini qeyd edən Mir Şahin bunun filmin digər dillərə tərcuməsi haqqında fikirləşdiklərini də söyləyib. O, filmin çəklişlərində göstərdiyi köməkliyə görə aidiyyatı qurumlara, əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib. 
Şəhidlərimizin heç zaman unudulmayacağını diqqətə çatdıran V.Mustafayev filmin necə ərsəyə gəlməsindən söz açıb: “Atam mənə dedi ki, Çingiz Xocalının işğalının son mərhələsini lentə alıb, istəyirəm ki, sən də bu proseslərin əvvəlini çəkəsən. Məhz bundan sonra belə bir filmin çəkilişi haqqında fikirləşməyə başladım. Çəkilişlərə ötən ilin fevral ayından başladıq. Çəkilişlərimiz Şəkidə, Yevlaxda və başqa rayonlarda həyata keçirildi. Filmin çəkilişlərini bir neçə cənublu soydaşımızla birgə həyata keçirdik. Çəkilişlər çox soyuq hava şəraitində aparıldı. Və biz 75 gecə fasiləsiz işləmişik”. 
Filmin çox maraqlı ssenarisinin olduğunu dilə gətirən V.Mustafayev Xocalı faciəsinə fərqli yanaşdıqlarını da deyib: “Xoca” filmi mənəviyyat haqqındadır. Burada iki mənəviyyatı qarşılaşdırmışıq. Müharibənin insan həyatına necə təsir etdiyini, məhəbbəti dağıtdığını və digər məqamlarını incəliyi ilə göstərmişik. Ermənilərin Xocalıda, digər şəhərlərimizdə hansı vəhşilikləri törətməsi hər kəsə bəllidir. Fikrimcə, onların nə etməsi qalsın öz yerində bizim özümüzün bu proseslərə necə yanaşmağımız maraqlıdır. Bu filmdə lentə alınan hər bir məqam tam reallığı əks etdirir. Burada şişirdilmiş, həqiqətdən kənar heç bir nüans yoxdur. Qarabağ müharibəsində iştirak etməyim, habelə müharibədən xəbərdar olmağım çəkilişlərdə üstünlüklər yaratdı. Əgər film çəkilən zaman Xocalı qətliamı ilə bağlı 20 faizə məlumata malik idimsə, çəkilişlər zamanı məsələ ilə bağlı bilgim 90 faizə qədər yüksəldi. Çünki biz bu filmi faktlar əsasında ərsəyə gətirmişik. Çalışmışıq ki, hər bir şeyi incəliyinə kimi lentə alaq”. 
Filmin bir hissəsinin öz vəsaitləri hesabına çəkildiyini deyən V.Mustafayev bunları söyləyib: “Təbii ki, belə bir filmin çəkilməsinə bizim maddi imkanımız yetməz. Buna görə də maddi tələbatın bir hissəsini Çingiz Mustafayev adına Fond, eləcə də dövlət başçımız cənab İlham Əliyev qarşıladı. Buna görə də biz cənab prezidentə minnətdarıq”. 
O, filmin Avropa standartlarına uyğun olaraq və ən yüksək səviyyədə çəkildiyini vurğulayıb. V.Mustafayev filmdə yer alan hər bir obrazın Qarabağ müharibəsində iştirak etdiyini bildirib. 
Aqil LƏTİFOV

http://www.525.az/view.php?lang=az&menu=6&id=41371