ANS GROUP | “XOCA” FİLMİ XOCALI SOYIRIMI QURBANLARININ XATİRƏSİNƏ HƏRS OLUNMUŞ KİNOABİDƏDİR
 
“XOCA” FİLMİ XOCALI SOYIRIMI QURBANLARININ XATİRƏSİNƏ HƏRS OLUNMUŞ KİNOABİDƏDİR

24.02.2012 [22:33]
Bakı, 24 fevral (AzərTAc). Fevralın 24-də “Nizami” kinoteatrında ANS müstəqil yayım və media şirkətinin, Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun və “Bakıfilm” kinostudiyasının birgə istehsalı olan “Xoca” bədii filminin təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Xocalı faciəsinin dəhşətlərindən bəhs edən ekran əsəri Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə çəkilmişdir.
Filmin nümayişindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.
Tədbirdə filmin baş prodüseri, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək bildirmişdir ki, Xocalı qətliamının 20-ci ildönümünə həsr olunan və gerçək hadisələrə əsaslanan 108 dəqiqəlik film Azərbaycan neoekspressionizminin ilk nümunəsidir. Xocalı faciəsini bütün miqyası ilə özündə əks etdirən ilk bədii filmin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir.
Filmin məziyyətindən danışan M.Ağayev demişdir ki, yüksək səviyyədə çəkilmiş “Xoca” filmi Azərbaycanın ən yeni tarixini əks etdirən mükəmməl ekran əsəridir. O, faciələrimizdən bəhs edən bu cür filmlərin sayının çox olmasını arzulamışdır. 
Filmin ssenari müəllifi və rejissoru, ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev kino mədəniyyətimizi zənginləşdirən film haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, yeni ekran əsəri əsrlər boyu bu torpaqlarda yaşayan, erməni quldur birləşmələri tərəfindən işgəncə ilə qətlə yetirilən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə, Xocalı soyqırımının bütün qurbanlarının xatirəsinə həsr olunmuş özünəməxsus kinoabidədir. Əsas çəkilişləri Şəkinin Bdeyis kəndində aparılmış filmin ərsəyə gəlməsində iki minədək adam iştirak etmişdir. 
Filmin İran kinematoqrafçıları ilə birgə istehsal edildiyini vurğulayan V.Mustafayev demişdir ki, təxminən üç ay davam edən çəkilişlərə külli miqdarda silah-sursat, şəxsi heyət və zirehli texnika cəlb olunmuşdur. Erməni-rus silahlı birləşmələri ilə qeyri-bərabər vuruşmada Azərbaycan döyüşçülərinin göstərdikləri müqavimət inandırıcı təsvir edilmişdir. 
Ermənilərin qədim Xocalı şəhərində törətdikləri qətliamdan bəhs edən filmin ana xəttini müharibələrin bütün mümkün gözəlliklərə qarşı çevrilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınması təşkil edir. Əsas rolları İlqar Musayev, Nigar Bahadırqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova ifa edirlər. 
Qeyd olunmuşdur ki, film fevralın 26-dan etibarən Azərbaycanın bütün kinoteatrlarında nümayiş etdiriləcəkdir.
“Xoca” filminin gələcəkdə beynəlxalq festivallara təqdim olunacağı diqqətə çatdırılmışdır. 
V.Mustafayev filmin yaradılmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
 
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

http://azertag.com/node/921331