ANS GROUP | XOCALI SOYQIRIMINDAN BƏHS EDƏN "XOCA" FİLMİ NÜMAYİŞ OLUNUB
 

XOCALI SOYQIRIMINDAN BƏHS EDƏN "XOCA" FİLMİ NÜMAYİŞ OLUNUB

 

Fevralın 24-də Nizami kinoteatrında ANS-in prezidenti Vahid Mustafayevin ssenari müəllifi olduğu, Xocalı soyqırımından bəhs edən “Xoca” filminin nümayişi olub. Lent.azın verdiyi xəbərə görə, filmin nümayişindən sonra Vahid Mustafayev jurnalistlərin suallarını cavablandırıb: “Bu filmin ideyası 84 yaşlı atamdan gəlib”. Ç.Mustafayev bildirib ki, filmdəki obrazlar real şəxslərdir. Xocalı hadisələri zamanı insanların amansızcasına işgəncələrə məruz qalmasının filmdə yer almamağına gəlincə, o, bunu belə izah edib: “Filmdə işgəncə məhz toy səhnəsi idi. Diqqətlə bu filmə baxan görəcək ki, həmin vaxtlar bu hadisələrə necə biganə yanaşıldı. Bizim faciəmiz, ağrımız məhz bu idi”.

Vahid Mustafayev “Xoca”nın gənc nəsil üçün hadisələri öyrənməkdə yardımçı olacağına ümid etdiyini deyib. 

Qeyd edək ki, filmin ssenari müəllifi Vahid Naxış, baş prodüsseri Mir Şahindir. Baş rollarda İlqar Musayev, Nigar Bahadirqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova, Mina çəkilib. Çəkilişlər Bakı, Şəki, Yevlax rayonlarında lentə alınıb. 

Jalə

http://lent.az/xeber_87617_Xocal%C4%B1_soyq%C4%B1r%C4%B1m%C4%B1ndan_b%C9%99hs_ed%C9%99n_%E2%80%9CXoca%E2%80%9D_filmi_n%C3%BCmayi%C5%9F_olunub_-_FOTOLENT