ANS GROUP | "XOCA" FİLMİ ÖLKƏ ÜZRƏ REKORDLAR QIRIR
 
"XOCA" FİLMİ ÖLKƏ ÜZRƏ REKORDLAR QIRIR

ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin çəkdiyi Xocalı soyqırımına həsr olunmuş “Xoca” filmi ölkə üzrə rekordlar qırır. Tamaşaçı sayına görə film Azərbaycanda müstəqillik dövründə ən çox izlənilən ekran əsəridir. Kinoteatrlarda nümayiş olunan ilk film kimi tarixə düşən “Xoca” filmini 4 gün ərzində 15 minə yaxın insan izləyib
Qeyd edək ki, film paytaxtda, eləcə də ölkənin 5 ən iri şəhərində nümayiş etdirilir. Bölgələrdə seanslar gündə bir dəfə olsa da, tamaşaçı sarıdan qıtlıq yaşanmır. Məsələn, Bərdə şəhərində fevralın 26-dan bu günə kimi filmi 1200-ə yaxın tamaşaçı izləyib. Gəncə Dram Teatrında və Şirvanda “Xoca” bu günədək 1500 tamaşaçı toplayıb. Ümumən, Şəki və Zaqatalada filmi izləyənləri nəzərə alanda, bölgə üzrə 4 gün ərzində 5 min insan “Xoca” filmini izləyib. 
Azərbaycan kinoteatrları qarşısında son dövrlər belə növbə olmamışdı. “Park Sinema”da gündə iki dəfə film nümayiş etdirilir. Burada minə yaxın bilet satılıb. “Nizami” kino mərkəzində gündə 4 nəfə seans olur. Film ən böyük - 500 nəfərlik zalda nümayiş etdirilir. 
Hesablamalara görə, 4 gün ərzində paytaxtda “Xoca” filmini izləyənlərin sayı 9 minə yaxınlaşıb. Filmi izləmək üçün Naxçıvandan gələnlər də var idi. Tamaşaçı marağı nəzərə alınaraq, ölkənin mədəniyət evləri, teatr və kino mərkəzləri ilə müqavilə müddətinin uzadılması planlaşdırılır.

http://anspress.com/index.php?a=2&lng=az&nid=140832