ANS GROUP | ANS TV - DƏN DAHA BİR İLK
 
ANS TV - DƏN DAHA BİR İLK

ANS bu dəfə də fərqləndi. Azərbaycanın efir məkanında ilk dəfə məhz ANS televiziyasında alman mütəxəssisləri treninqlər keçdilər. Martın 12-dən tanınmış televiziya mütəxəssisi Lutz Reimann ANS televiziyasının operatorları ilə seminarlara başladı. Gərgin keçən treninqlər bir həftə davam etdi. Artıq nəticə göz qabağındadır. Seçilən operatorlar bu gün sertifikatlarla təltif olundular. 
Alman mütəxəssis Lutz Reimann əmindir ki, zəhməti hədər getməyəcək. Keçdiyi treninqlər operatorlara daha orijinal və canlı kadrlar çəkməyə kömək edəcək. 
Operator və studiya işi üzrə mütəxəssis optimist düşünür: “Buradakı operatorlar çox güclüdürlər və onların üzərində çalışsaq, inanıram ki, bir çox nəaliyyətlər əldə edə bilərik”.
ANS televiziyasının almaniyalı baş rejissoru Antye Dombrovski isə əsas məqsədin ANS-i nəinki Qafqazda, hətta bütün Avropada və dünyada ən baxımlı televiziyalardan birinə çevirmək olduğunu deyib. 
Bunun üçün o, treninqlərin davamlı olacağını da sözlərinə əlavə edib: “Bu cür treninqlər çox vacibdir. Bu, ilk sınaq testi idi və test çox uğurlu keçdi. Gələcəkdə də belə treninqlər keçirməyi düşünürəm. Seminarlara yalnız operatorları deyil, yaxın gələcəkdə dizaynerləri də cəlb etmək fikrindəyik”.
“Almaniyadan dəvət olunmuş mütəxəssis bizə çəkiliş qaydalarını daha da təkmilləşdirməkdə, onları dərindən öyrənməkdə, kadrları düzgün işıqlandırmaqda, onların qurulmasında çox şey öyrətdilər. Düzdür, treninqlər çox gərgin keçdi. Gündə 6-7 saat bu treninqlərlə məşğul olurduq”, deyə ANS-in operatoru Ramin Yaqubov bildirib.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev də almaniyalı mütəxəssisə təşəkkür edərək, ona qiymətli hədiyyə bağışlayıb.

http://anspress.com/index.php?a=2&lng=az&nid=143427