ANS GROUP | Bakıda "Longines"in 180 illik yubileyi qeyd olunub
 

Bakıda "Longines"in 180 illik yubileyi qeyd olunub



Məşhur İsveçrə saat markası olan “Longines” şirkətinin 180 illiyi münasibətilə onun Azərbaycandakı rəsmi təmsilçisi VMF şirkəti Opera və Balet teatrında təntənəli gecə təşkil edib. Əvvəlcə “Longines” şirkəti tərəfindən yubiley gecəsi üçün təqdim olunmuş tarixi muzey saatlarının sərgisi olub. Gecədə VMF şirkətinin müştəriləri və ictimaiyyət nümayəndələri iştirak edib. 2011-ci ildən “Longines” şirkətinin Azərbaycandakı dostu olan Fərhad Bədəlbəyli də gələn qonaqların arasında idi. 
 
Tədbirin rəsmi hissəsində VMF şirkətinin baş direktoru Arzu Şahverdiyev və “Longines” şirkətinin bölgə satış meneceri Bastian Perret qonaqları salamlayıb. Sonra isə Fərhad Bədəlbəyliyə fəxri diplom təqdim olunub. 
 
“Longines” şirkətinə dərin minnətdarlığını bildirən Fərhad Bədəlbəyli qeyd edib ki, həqiqətən də “Longines” etibarlı bir markadır: “Mən əvvəllər də “Longines” firmasının saatlarından istifadə etmişəm. Sizə də məsləhət görürəm. Çünki, istifadə etsəniz, heç bir yerə gecikməyəcəksiniz”.
 
VMF şirkətinin baş direktoru Arzu Şahverdiyev isə tədbir barədə bunları deyib: “Bizim bu gün bura toplaşmaqda məqsədimiz “Longines” şirkətinin yubleyini qeyd etməkdir. Bu bizim ilk tədbirimiz deyil. 2009-cu ildə də tədbirimiz olmuşdur. O zaman VMF şirkəti “Longines”in butikini açmışdı. Ümumiyyətlə “Longines” şirkəti dünyada öz yeni modelleri, kolleksiyaları ilə ilk yerlərdə durur”.
 
Rəsmi hissə başa çatdıqdan sonra gecə teatr truppasının ifasında sevginin iki ölməz əsəri - “Leyli və Məcnun” və ”Romeo və Culyetta” tamaşası ilə davam edib. Qeyd edək ki, İsveçrədə “Longines" brendinin tarixi başlanğıcı olan saat istehsalının əsası 1832-ci il noyabrın 23-də qoyulub. Azərbaycan bazarına bu brend 1998-ci ildən gətirilib və onun rəsmi təmsilçisi ANS Şirkətlər Qrupuna daxil olan VMF şirkətidir.