ANS GROUP | Bakıda əfsanəvi Ceyms Bondun yeni filminin premyerası keçirildi (FOTO)
 

Bakıda əfsanəvi Ceyms Bondun yeni filminin premyerası keçirildi (FOTO)



Oktyabrın 26-da məşhur İsveçrə saat brendi “Omega” və onun Azərbaycandakı rəsmi təmsilçisi VMF şirkəti qonaqlarını Yan Fleminq romanlarının qəhrəmanı əfsanəvi casus 007 Ceyms Bond haqqında çəkilmiş “Skyfall” filminin premyerasına dəvət etdi.

Ceyms Bondun 23-cü filmi kinematoqrafiya tarixinin ən davamlı filmlərindən birinin 50-ci illiyini qeyd edib. Filmin adı Ceyms Bondun ata-baba mülkünün adından götürülüb. Büdcəsi 200 milyon ABŞ dolları təşkil edib. Film Ceyms Bondun əlahəzrət İngiltərə kraliçasının xidmətində olduğu ilk illərdən bəhs edir. Adətən olduğu kimi, Bond qarşısında digər casusların görə bilmədiyi öhdəliklər qoyulub. Casus 007 yenidən riskli fəndlər həyata keçirərək, texniki bacarıqlarını göstərərək və eyni zamanda Ceyms Bond filmlərini məşhur edən gözəl xanımları cəlb edərək mənfi qüvvələrlə mübarizə aparır.

Filmdə baş rolu “Omega” Şirkətinin siması olan və bir neçə kinomükafatların sahibi Deniel Kreyq ifa edir. Deniel Kreyq Ceyms Bond rolunun altıncı ifaçısı tərəfindən 2005-ci ildə seçilmiş və o dövrdən etibarən “Kazino Royal”, “Mərhəmət kvantı” filmlərində casus rolunu ifa edib. Ceyms Bond fanatları və “Omega” şirkətinin pərəstişkarları bilir ki, 1995-ci ildən “Qızıl göz” filminin çəkilişlərindən etibarən, məxfi casus Seamaster saatı taxır. Bütün əvvəlki səhnələrdə - qaçışlarda, savaşlarda və başgicəlləndirici fəndlərdə o, məhz bu saata etibar edib. “Planet Ocean” kolleksiyası isə 2006-cı ildə “Kazino Royal” filmi ekrana çıxdığı vaxtdan etibarən onun seçimi idi.

Deniel Kreyq yenidən Ceyms Bond rolunu qazandığından, peşəkar dalğıclar üçün 600 metrədək hermetikliyə malik, 42 mm diametrli paslanmayan dəmirdən, bir tərəfə fırlanan qara bezelli Seamaster Planet Ocean saatı taxacaq.

Saat ilk dəfə olaraq premyera gecəsinə toplanan qonaqlar üçün təqdim olunur və filmin yubileyi şərəfinə məhdud sayda istehsal olunub. Şübhəsiz ki, bu saat serialın pərəstişkarlarının xüsusi marağını cəlb edir. Dünyada saat kolleksiyaçıları tərəfindən yüksək qiymətləndirilir.