ANS GROUP | ANS Şirkətlər Qrupu əməkdaşlarının uşaqları üçün Yeni İl şənliyi keçirilib
 

ANS Şirkətlər Qrupu əməkdaşlarının uşaqları üçün Yeni İl şənliyi keçirilib

28 dekabr 2013-cü il tarixində ANS TV-nin pavilyonu balacaların ixtiyarına verilmişdi. ANS PRESS-in məlumatına görə, ANS Şiirkətlər Qrupunun əməkdaşlarının uşaqları Yeni ili bayramını birlikdə qeyd etdilər. Rəhbərliyin təşəbbüsü ilə düzənlənən təmtəraqlı bayram şənliyində yüzdən çox ANS-çinin uşağı iştirak edirdi. Qar qız və Şaxta babanın iştirakı ilə baş tutan şənlikdə balacalar üçün bir-birindən maraqlı oyunlar keçirilsi.
Şaxta baba və Qar qızını sevən uşaqlar onlarla çoxlu şəkillər çəkdirib, rəqs etdilər. Tədbirin sonunda isə onları daha bir sürpriz gözləyirdi. Balacalara hədiyyələr verilib.