ANS GROUP | Missiya
 

Missiya

Müştərilərimizi biznes ortağımız kimi qəbul edirik. Bununla biz onların ümidlərini doğrulduruq. Daima yeniliklər edərək, iş və məhsulumuzun dəyərinə inamlıyıq. İnsanlarımızı qiymətləndirir, istedadları müdafiə edir, fəaliyyətləri üçün şərait yaradırıq. Bununla istedadlı işçiləri dəvət edib, onlara uyğun mühit yaratmaqla müstəqil inkişaflarına zəmin yaradırıq.

Uzaq 1990-cı illərdə keçmiş SSRİ ərazisində ilk müstəqil teleşirkət kimi təsis etdiyimiz ANS ticarət markasının irəliləməsi proqramı da gələcəyə hesablanıb. Məqsədimiz şirkətdə baş verən müsbət dəyişiklikləri vizuallaşdırmaq, ANS-in xarici görünüşünə - insanlara DİQQƏT, ETİBARLILIQ və ANS-in əsl AZƏRBAYCAN XARAKTERİNƏ əsaslanan yeni, daha çağdaş və cazibədar cizgilər verməkdir.