ANS GROUP | Ümumi Baxış

Ümumi Baxış

ANS Şirkətlər Qrupu keçmiş SSRİ məkanında yaranan ilk Müstəqil Media Strukturudur. Bu qurumun əsasını ANS TV Ajansı yaratmaqla Vahid və Seyfulla Mustafayev və Mirşahin Ağayev Qardaşları 1991-ci ildə qoydular. Bu olduqca çətin bir vaxt idi - müharibələr, iqtisadi krizis, siyasi anlaşılmazlıq. Bunların hamısına baxmayaraq Azərbaycanın Dövlət müstəqilliyindən 8 ay əvvəl 1991-ci ilin Martın 9-da ANS-TV Yayım və Media Şirkəti yaranır. Sözsüz ki, bu Azərbaycanda o zaman mövcud olan demokratik durumun təzahürü idi. ANS Şirkətlər Qrupu halına gəlmək üçün illər tələb olunurdu:

1991-ci il ANS-TV Müstəqil Yayım və Mediya Şirkəti yarandı

1992-ci ildə ANS PRESS İnformasiya Agentliyi yarandı

1994-cü ildə ANS-ÇM Radio yarandı

1995-ci ildə ANS-Rekords Səs Yazma Studiyası yarandı

1995-ci ildə AZMAN Şirkəti yarandı

1996-ci ildə ANS-Kommers Reklam Satışı Evi yarandı

1998-ci ildə VMF Şirkəti yarandı

2000-ci ildə ANS və Britaniyanın Yayım Koroporasiyası BBC birgə Müştərək Danışıq radiosu təsis etdilər

2002-ci ildə ANS-PRESS İnformasiya Evi, Nəşriyyat Evi statusuna yuksəldi

2003-ci ildə DADLILAR Şirkəti yarandı

2006-ci ildə BAKI FİLM Kinostudiyası yarandı

2007-ci ildə BAKI FİLM Kinostudiyası ANS REKORDS Səs Yazma Studiyasını aldı

2008-ci ildə ALLSTAR Şirkəti yarandı

2008- ci ildə Azman Co Şirkəti yarandı

2009-cu ildə AZMAN Şirkəti ALLSTAR Şirkətinə daxil oldu

2009-ci ildə NARA DİZAYN STUDİYASI yarandı

ANS Media sahəsində öz mövqelərini daha da möhkəmləndirdi. Buna qurumlararası qarşılıqlı münasibətlərə diqqətin artırılması, işin səmərəliliyinin, əmək məhsuldarlığının yüksəldilməsi və xərclərin azaldılması hesabına nail olduq. Bununla yanaşı, ANS-in strateji xətti əvvəlki kimi qalır; iqtisadi münasibətlər sahəsində üç əsas amilə - ETİBARLILIQ, SƏMƏRƏLİLİK və XİDMƏT, informasiya sahəsində isə DƏQİQLİK, QƏRƏZSİZLİK və VİCDANLILIQ prinsiplərinə əsaslanır.