ANS GROUP | ANS-ÇM
 

ANS-ÇM

Milli Qəhrəman, telereportyor Çingiz Mustafayevin adını daşıyan ANS-ÇM radiostansiyası 2009-cu ili uğurla başa vurdu. Qafqazda ilk FM radiostansiya olan ANS-ÇM 15 illik ənənəvi missiyasına  davam edərək, dinləyiciləri üçün əlindən gələni etdi: xəbər proqramları, əyləncə, ictimai-siyasi talk-shoular, Azərbaycanın radio məkanında yalnız ANS-ÇM-də səslənən retro musiqilər və s.

15 ilə yaxındır öz yüksək reytinqini qoruyub-saxlayan “İsti-İsti” xəbər proqramı, ölkənin işgüzar təbəqəsinin qulağını özünə yönəldən “Hər Səhər”, qadınları cəlb edən “Qadın vaxtı”, neçə illərdir sürücülərə yol yoldaşlığı edən “Svetofor”, romantikanı sevənlər üçün “Gecə şousu”, zarafatından qalmayanlara “Sarımsaq” rubrikası, “qatıq” musiqiləri təngiq edən “Qatıq” verilişi, “Mahnı sifarişi” və onlarla bu cür proqramımız peşəkar heyətimiz tərəfindən gündən günə yenilənir. ANS-ÇM radiostansiyası bu gün Azərbaycan radioməkanında hər bir nəsil üçün işləyir.

Çünki onlar bizi seçiblər!

 

Geri