ANS GROUP | ANS-TV
 

ANS-TV

ƏN YENI TARIX

"Ən Yeni Tarix" tok-şousu ANS-in zəngin arxivi əsasında hazırlanan verilişdir.  Müəllif Mir Şahin ANS-in yarandığı gündən etibarən ölkədə baş verən bütün proseslərin şahidi və jurnalist kimi fəal iştirakçısı olduğundan onun "Ən Yeni Tarix"-ə dəvət etdiyi qonaqlar müzakirə olunan mövzu ətrafında yalnız doğrunu danışmağa məcburdurlar. Azərbaycanın müstəqilliyinin bərpa olunma ərəfəsi və müstəqillik əldə etdiyi dövrdə baş verən ən maraqlı hadisələri araşdıran müəllifin bu layihəsi haqlı olaraq TELEENSİKLOPEDİYA adlandırılır. 

ANS TV-nin - yaxın 20 ildə Azərbaycanın üzləşdiyi bütün tarixi proseslərin salnaməsini özündə cəmləşdirən arxiv materialları əsasında hazırlanan verilişin qonaqları arasında ölkənin tanınmış siyasət və dövlət adamları, cəmiyyətin həyatına nüfuz edə bilən şəxslər olurlar.

Ən Yeni Tarix verilişinin aparıcısı Mir Şahin bu layihə ilə hər dəfə sübut edir ki,  Azərbaycanın ən məlumatlı jurnalisti imicini təsadüfən qazanmayıb.

Veriliş hər həftənin cümə günü saat 23-də efirə gedir və öz vaxtınını reytinq lideridir.

GÜNƏ BAXAN

“Günə Baxan” teleməkanın ən maraqlı şoularından biridi. Saat 10:00-dan 13:00-a qədər davam edən şou zamanı ağılasığmaz hadisələr, heyrətamiz acıqlamalarla  tamaşaçıları şoka salır. Verilişin yaradıcı heyəti həftədə 5 gün olmaqla  tamaşaçıları təəccübləndirmək, heyrətləndirmək, məlumatlandırmaq və əyləndirməkdən zövq alır!

Qeyd edək ki, “Günə Baxan” səhər verilişləri arasında ən yüksək reytinqə malik olan yeganə layihədir. 

TOY OLSUN

“Toy olsun” televiziya məkanının ilk evlililik layihəsidir.                                                    

Öz qismətini tapa bilməyənlər, amma ümidlərini hələ də itirməyənlər Azərbaycanda ilk evlilik proqramında ailə qurmaq şansı qazanır. “Toy olsun”da hər kəsə bu şans verilir.
Biri-birini bəyənən şəxslər ilk olaraq çay süfrəsinə göndərilir. Evlənmək qərar qəbul edildikdə isə layihənin yaradıcı heyəti studiyada möhtəşəm bir şou təşkil edir – gəlinlik və bəylik geyən evlənənlər üçün nigah məmuru dəvət olunur. Yeni evlənənlərə cehizlik, məişət avadanlığı, mebel hədiyyə edilir.

DE GƏLSIN

 “De Gəlsin” meyxana verilişində Azərbaycanda ilk dəfə olaraq meyxana klubu yaradılıb. Meyxana ustadları tamaşacılar tərəfindən müxtəlif vəziyyətlərə salınırlar. Ustadlara konkret obrazlar verilir və onlar bu obrazların öhdəsindən məharətlə gəlirlər. Misal üçün satıcı və alıcı,YPX əməkdaşı və sürücü, ata və oğul , kök və arıq və sairə. Bir sözlə hamıya yaxşı tanış olan meyxanaya təzə nəfəs gəlib.

TOYLAR KRALI  (TOYLAR KRALIÇASI)

Bu layihənin əsas məqsədi toy müğənnilərinin canlı ifaları ilə böyük auditoriya qarşısına çıxarılaraq onları tanıtmaqdır. Bu layihəni izləyən hər bir tamaşaçı el şənliklərinə, toylara, tədbirlərə istədikləri müğənnini öz zövqlərinə uyğun seçərək dəvət edə biləcəklər. Yarış 3 turdan ibarət olur. Hər həftə yarışacaq 2 müğənni arasında gedən yarışda rəqibinə nisbətdə  az SMS toplayan müğənni verilişi tərk edəcək. Qalib gələn müğənni isə növbəti tura keçərək müsabiqədə yarışını davam etdirəcək.

İNCƏ MARAQLAR

Qadınlar üçün nəzərdə tutulmuş və ən baxımlı proqram “İncə Maraqlar” adlanır. İş və evdar xanımları maraqlandıran nə varsa hamısı bu verilişdə cəmlənib. Hər buraxılışın öz mövzusu var, ona dair  müzakirələr aparılır, ekspertlər rəylərini bildirir. Bundan başqa, əl qabiliyyəti olan ev xanımları üçün əl işlərinin hazırlanması elə studiyada təşkil olunur. Sağlam həyat hamımız üçün vacibdir. Studiyada həkim məsləhəti olacaq ki, bu da bizi izləyənlər üçün çox dəyərlidir. Studiyada olan peşəkar aşbaz isə süfrənin düzgün bəzədilməsindən tutmuş, yemək, meyvə bəzəklərinin sirrini açaraq verilişi daha baxımlı edir.

UŞAQDAN BÖYÜYƏ

 Hamının təəccüblənəcəyi və əyləndiyi  “UŞAQDAN BÖYÜYƏ” verilişi TV məkanın ən yeni layihələrindən biridir.
Burda böyüklərin dünyasına uşaqların gözü ilə baxılır. Əyləncəli yarışma xarakteri daşıyan “Uşaqdan böyüyə” verilişində hər həftə 9 uşaq və 3 iştirakçı olur. İştrakçılara suallar verilir və onlar uşaqlarla yarışırlar. Yarışa qatılanlar əvvəlcədən uşaqların bu suala necə cavab verə biləcəklərini təxmin edirlər. Müsahibədə aparıcı uşaqlara gündəlik həyat tərzindən, böyüklərin dünyasına aid suallar verir.
 

KÖKALTI

Azərbaycan teleməkanında şoulara yenilik gətirən, sözü "qırmızı" deyən, özünəməxsus satira xəttilə seçilən, özünə güvənən, ağlı və hazırcavablığına əmin olan, bayağı yumordan cana yığılanlar üçündür bu şou!                                                                 Şənbə axşamları "Kökaltı"nı seçirsinizsə, deməli yumor hissi və intellektdə bir addım ondəsiniz!

RED STUDIYA

Verilişdə hər həftə “Red. Studiya production” Səsyazma Studiyasında baş verən prosseslər lentə alınır. Müğənnilərin mahnılarının yazılma prossesi çəkilir, yaradıcı heyətdən və mahnının sahiblərindən müsahibələr alınır. Verilişdə musiqi xəbərləri rubrikası da yer alıb.  “Red Studiya”nın sonunda mahnı və ya klip tamaşaçıların ixtiyarına verilir.

AĞIL DƏRYASI

Ağlına və özünə güvənənlərin məkanı.  “Ağıl Dəryası” erudisiya və əyləncə xarakterli bir verilişdi. Verilişin I və III turunda məntiqli, əyləncə xarakterli suallar verilir, II tur isə tədris planı əsasında hazırlanır.

“Ağıl Dəryası”nda  12 ən güclü 11-ci sinif şagirdləri gərgin mübarizə aparır. Seçim turu, yarımfinal və final mərhələsindən ibarətdi. Hər seçim turu özü isə 3 turdan ibarətdi. Bu turda ən çox bal toplayan şagird seçim turunun qalibi seçilir.                                        "Ağıl Dəryası" intellektual şousu ANS Televiziyasının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihədir. I mövsümdə “Ağıl Dəryası” intellektual şousunun qalibi olan “Ankara” liseyinin məzunu olmuş Kamran Ələkbərov Azərbaycan təhsil sistemi tarixində ilk dəfə olaraq imtahansız attestatla mükafatlandırılıb. Qalibə attestatı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov şəxsən özü təqdim edib.

MARŞ

Maarifləndirici xarakter daşıyan  “Marş” gənclərin hərbi-vətənpərvərlik ruhunu artıran verilişdi. Ayrı-ayrı müharibələrin, döyüşlərin tarıxındən, tanınan və tanımayan sərkərdələrin, Azərbaycanlı qəhramanların keçdiyi döyüş yolundan maraqlı materiallar nümayiş olunur.”Arsenal” rubrikası ölkəmizdə və dünyada istehsal olunan ən yeni döyüş vasitələri, silah və texnikaları təqdim edir. “Döyüş alnınıza yazılıb” şüarını seçən ANS-in təqdim etdiyi bu layihənin başlıca əsas məqsədi tamaşaçıları Silahlı Qüvvələrdə xidmət keçmə qaydaları ilə məlumatlandırmaq, zabit və əsgərlərin gündəlik həyatı, hərbi tekxnikanın yeni növləri ilə daha yaxından tanış etmək, yeniyetmə və gənclərimizdə döyüş və vətənpərvərlik ruhunu oyatmaqdı. 

QULP

Qulp satira proqramıdır. Məqsəd cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə kameranın bir gözü ilə baxıb, bütün çatışmamazlıqları cəmiyyətin özünə göstərməkdir. "Qulp"dan başqa "Qulp" yoxdur, Mübariz onun rəsuludur. Hər bazar axşam saat 20:00-da, həqiqətə bir az da yaxın olun. 

EL GIZLI AXŞAMLAR

 Verilişdə ailə münaqişələri, gündəmdə olan məsələlərin müzakirəsi, şou-biznes və mədəniyyət sahəsində baş verən hadisələr Elgiz Əkbərin aparıcılıq etdiyi tok-şouda müzakirə olunur. Obyektiv araşdırılan, faktlarla zənginləşdirilmiş əhvalatlar hamının maraq dairəsinə çevrilir və tamaşaçılar eyni vaxtda televiziya qarşısında toplaşmağa vadar edir.

KEÇMIŞƏ SALAM.

Veriliş geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulub. Layihənin məqsədi tamaşacıları kecmişə qaytarmaqdır. Verilişdə əsasən ötən əsrin ən maraqlı hadisələrini, şəxslərini, maraqlı faktları insanlara bir daha xatırlatmaq, onlara nostalji hisslər yaşatmaqdır. “Keçmişə salam”da kecmiş musiqilər, musiqi qrupları, ən maraqlı insanlar,(aktyorlar, aktrisalar, rejissorlar, mügənnilər, idmancılar, yazıcılar, rəssamlar,) o cümlədən vaxtı ilə məşhur olan  kecmiş aktyorlar, kecmiş duetlər və basqa uzdə olmayan şəxslər yada salınır.

XƏBƏRİN İZİNDƏ

Teleməkanda yeni nəfəs. Tam fərqli format, fərqli layihə. Gündəmin ən qalmaqallı, mübahisəli və şok hadisələri. İctimai hadisələrə yönələn ən kəskin sualların ünvanı. Məşhurlar və qeyri-məhşurların gizli tərəfləri. Bu, şou xəbər deyil, xəbərlərin şousudur. Bütün bunlar İradə İsaqın jurnalist araşdırmasında öz əksini tapır.

BAKI VAXTI İLƏ

Bu verilişdə Azərbaycanın tarixinə, vizual mədəniyyətimizə aid kadrlar sərgilənir. 1920-ci ildən bu yana lentə alınmış bu arxiv kadrları Orxan Fikrətoğlunun şərhində həm alternativ tarix kimi həm də gerçək tariximiz kimi dəyərləndirilir. Veriliş tam maarifçilik zəminindədir. “Bakı vaxtı ilə”də heç zaman göstərilməyən nadir arxiv kadrlarını  nümayiş olunur. Bu verilişdə ilk dəfə olaraq tarixi şəxsiyyətlər və hadisələr ilk dəfə Sizə təqdim olunacaq. 

CİNAYƏT İŞİ

“Cinayət  İşi” verilişi ölkənin ən reytinqli verilişlərindən biridir. Verilişdə kriminal hadisələr, baş vermiş tükürpədən cinayət hadisələrinin araşdırılması təqdim olunur. Verilişdə cinayət hadisələri ilə yanaşı, bitmiş məhkəmə proseslərinin nəticələri haqqında da materiallar təqdim olunur.  Ölkənin kriminal aləmindən bəhs edən əsas veriliş –Cinayət İşi verilişidir.

NÖVBƏTÇI

Növbətçi verilişi 9 yanvar 2006-cı ildən yaradılıb. Və elə həmin gündən də efirdədir. Verilişdə paytaxt, eləcə də əyalətdə baş verən kriminal hadisələr təqdim olunur.  Gün ərzində hər bir buraxılışı 10 dəqiqə olmaqla günorta saat 14:45 və gecə saat 00:25 –də efirsə olan növbətçinin 5 nəfərlik kollektivi var.  Növbətçi 24 saat ərzində baş vermiş bütün kriminal hadisələrdən operativ, dəqiq xəbər verən ölkənin əsas gündəlik kriminal verilişidir.  Sutka ərzində baş vermiş kriminal hadisələrin şahidi olmuş şəxslər verilişin qaynar xətti olan 050- 203-02-02  mobil nömrəsinə zəng etməklə əməkdaşları məlumatlandırırlar.  Verilişdə hadisələrlə yanaşı, nə vaxtsa baş vermiş cinayət hadisələrinin hüquq-mühafizə orqanlarında aparılan araşdırmasından narazı qalan vətəndaşların göndərdiyi şikayət məktublarını da işıqlandırıb, həllinə nail olmağa çalışırlar.

 BAZAR SƏHƏRI RÖVŞANƏ ILƏ

Hər bazar günü səhər yalnız ANS-in efirində həftənin ən aktual məsələsi müxtəlif sahəni əhatə edən şəxslərin iştirakı ilə çözülür. Verililş zamanı maraqlı polemika qurulur, mübahisəli məsələlərə aydınlıq gətirilir.  Verilişin birinci hissəsində mütləq istedadı ilə fərqlənən insanlar öz bacarıqlarını nümayiş etdirərək çıxış edirlər.

DUZBUCAQ

“Düzbucaq” verilişi 2011-ci ilin ortalarından efirə çıxır. Layihənin əsas məqsədi yayımlandığı vaxt gecə saat 24-də olmasına baxmayaraq tamaşaçıların diqqətini cəlb etmək, internetdə böyük marağa səbəb olan video və fotoları orijinal şəkildə şərh edərək izləyicilərə çatdırmaqdır. Ən əsası verilişin məqsədi qısa vaxt kəsiyində tamaşaçıları maraqlı məlumatlarla təmin etmək və izləyici rəğbəti  Qısa müddət ərzində kifayət qədər tamaşaçı ordusu toplayan “Düzbucaq” ən çox izlənilən verilişlər arasında yer qazanıb.

 

SALAM AZƏRBAYCAN

“Salam Azərbaycan”  əyləncəli-informasiya proqrami yeni günə başlayan tamaşaçiya ən son məlumatlari çatdirir və əyləndirir. Veriliş bütün yaş qrupu üçün nəzərdə tutulub. Həftə içi beş gün səhər saat 7-də başlayan və üç saat davam edən  proqram hər yarım saatdan bir, ən son ictimai-siyasi xəbərlər, şou-biznes və mədəniyyət, idman xəbərləri və hava proqnozundan ibarətdir. Bundan başqa, proqramda həkim məsləhəti, faydalı məsləhətlərdən ibarət  'Bələdçi'  rubrikasi, əyləncəli xəbərlər, eləcə də hər gün qonaqla söhbət olur.