ANS GROUP | DADLILAR
 

DADLILAR

2009-cu il “Dadlılar” Şirkəti üçün çox uğurlu olub. Ötən ilin iyununda “Dadlılar” şirkətinin daxilində yeni “Marrybrown” restoranı fəaliyyəti başlayıb. Şəhərin ən gur yerində - Bakı Dövlət Universitetinin qarşısında yerləşən “Marrybrown” az zamanda özünə ad-san qazanıb, cavanların vaxt keçirdiyi sevimli məkana çevrilib. “Marrybrown” tək cavanların deyil, ailələrin də üz tutduğu bir məkandır. Ad günləri, bayram keçirən ailələr bu restorana gələndə həm də uşaqları əylənə bilir, vaxtını şən keçirir.

“Marrybrown” həm də dadlı yeməkləri, rəngarəng menyusu ilə fərqlənir. Restoranın personalı gülərüz və mehribandır. Qiymətlər də münasib, hər kəsin cibinə uyğundur. Həm tək, həm də qrup şəklində gələn qonaqlar qiymətlərdən razı qalırlar.

“Marrybrown”un bir fərqli cəhəti də budur ki, müştərilərə 100% halal yeməklər təklif edir. Bütün bu fərqli və üstün cəhətlərinə görə də yeni ilin birinci yarısında Azərbaycanda bir neçə yeni “Marrybrown” restoranının açılması nəzərdə tutulub.

“Dadlılar” 2003-cü ildən qida istehsalı ilə məşğuldur. O zaman bu şirkət makaron məhsullarının istehsalı ilə məşğul olurdu. 2009-cu ilin noyabr ayından isə şirkətin yeni məhsulları – müxtəlif çeşidli çay, kofe və hər növ çərəzlər istehsal olunmağa başlayıb. 3in1 çay 3in1 kofe süd və proteinlə zəngin olduğuna görə alıcılarında xoşuna gəlir. “Dadlılar” şirkəti hətta şəkər xəstəliyindən əziyyət çəkənlərin də qayğısına qalır. Belə insanlar üçün xüsusi 3in1 Çay Diabet və 3in1 Kofe Diabet məhsulları hazırlanıb. Vitamin və minerallarla zəngin olan püstə, badam, yerfındığı və Hindistan qozu da çox dadlıdır. Alıcıların bəyəndiyi rəngarəng Düyü Krekerləri də məhz “Dadlılar” şirkətinin məhsuludur.

Ümumiyyətlə, bu qida məhsullarının istehsalında ən keyfiyyətli mallardan istifadə olunub. Bir maraqlı cəhət də odur ki, bu məhsulların 90 %-i  ilk dəfədir ki, yerli istehsalçılar tərəfindən tıqdim olunub.

 

Geri