ANS GROUP | VMF
 

VMF

VMF 1998-ci ilin sonunda Azərbaycanda ilk dəfə olaraq saat, qiymətli əşyalar və aksessuarlar biznesində öz fəaliyyətinə başladı.

Onun İsveçrənin məşhur Longines saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF SWATCH Qrupa daxil olan – Breguet, Blancpain, Glashütte Original, Omega, Rado, Hamilton, CK, Tissot, Swatch, Flik-Flak, kimi və həmçinin SWATCH Qrupa daxil olmayan Ulysse Nardin, Raymond Weil, Maurice Lacroix, Versace, Seiko, Casio, Caran d’Ache və Wenger kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi.
VMF Şirkəti eyni zamanda yüksək keyfiyyətli və Fransa istehsalı olan Faberge, Royal Limoges, Philippe Deshoulieres və Almaniya istehsalı olan ASA Şirkətinin qab-qacaqların satışını həyata keçirir. VMF ölkədə ilk sırada yerləşməsi və biznesin bütün sferalarında yüksək korporativ standartlara sahib olması ilə qürur duyur.

Peşəkar həyat və yüksək səviyyəli xidmət, yüksək keyfiyyətli məhsul və beynəlxalq zəmanət, müasir və münasib yerlərdə olan satış slonları VMF fəaliyyətinin mühüm elementidir, hansı ki, onu başqalarından fərqləndirir və davamlı uğurlu inkişafına imkan verir.

Hal-hazırda Bakı şəhərində 8 VMF salonu fəaliyyət göstərir. Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərində isə 5 salonumuz mövcuddur. VMF ANS Qrupunun şirkətidir.

Geri