ANS GROUP | AZMAN CO
 

AZMAN CO

Azman Ko Şirkəti rəsmi 2008-ci ilin iyun ayında qeydiyyatdan keçib. Aktiv fəaliyyətə isə,  bir il sonra yəni,  2009- cu ilin iyun ayından start verdi . 

2009-cu ilin Noyabr ayının ortalarında İtaliyanın Milan şəhərində keçirilən motosiklet sərgisində Azman Ko Şirkətinin Avropanın və Amerikanın bir neçə tanınmış motosiklet, geyim və aksessuar brendlərini Azərbaycan bazarında öz müştərilərinə təqdim etmək razılığı əldə olundu  

O vaxtlar Bakının mərkəzində Suzuki-Haojue və Zontes motosikletləri  üçün  bir sərgi salonu və servis mərkəzi var idi. Qısa müddət ərzində Sirkət Çinin bir neçə iri motosiklet və motosiklet aksessuarları istehsalçılarının rəsmi nümayəndəliyini əldə edə bildi. 

Hədəf  isə, motosiklet dünyasının əfsanəsini Azərbaycana gətirmək idi. 

2011ci ilin may ayında   Azman Ko dünyaca məşhur  Yapon motosikletləri olan Kavasakinin rəsmi nümayəndəliyini alır və ölkəmizdə “Kawasaki”nin eksklüziv modellərinin satışına başlayır. 

Cox keçmədən, 2011-ci  ilin may ayında Azman Ko əfsanəvi  Harley-Davidsonun Azərbaycanda yeganə nümayəndəsi olur 

“Biz motosikl yox, insanlara həyat tərzi təklif edirik”. Bu məhşur kəlam məhz dünyaca tanınmış motosikl istehsalçısı və brendi olan “Harley-Davidson” Şirkətinə məxsusdur.  Həqiqətən də bu gün bütün dünyada “Harley-Davidson” artıq motosikl yox, insanların, motosiklsevərlərin həyat və yaşam tərzinə çevrilib. “Harley-Davidson” hər bir amerikalının arzusudur. Yuxusunda belə görə bilməyəcəkləri bir arzu...Xoşbəxtlikdən Azərbaycanda artıq bu arzu bu deyil. Daha doğrusu, Azərbaycanda artıq bu arzunu həqiqətə çevirmək mümkün oldu. Bu gün bizim ölkəmizdə də motosiklsevərlər əfsanəvi və əlçatmaz “Harley-Davidson”u əldə edə bilərlər .

 “Harley-Davidson-Baku” satış mərkəzində çalışan bütün işçi heyyəti "Harley-Davidson- Europa" tərəfindən təşkil edilmiş xüsusu treninqlərdən keçərək xüsusu sertifikat alıblar.            Bu gün “Harley-Davidson” satış mərkəzində əhaliyə ən son motosiklet  modelləri  - “VRSC”, “Softail”, “Sportsters” və digərləri təqdim olunur. Modellərin bolluğundan razı qalmayan və seçimində tərəddüd edən xüsusi alıcılar özlərinin bəyəndikləri və uyğun bildikləri modelləri sifariş edə bilirlər. Eyni zamanda satış mərkəzinin daxilində alıcının motosikli sürüb motorunun gücünü və digər xüsusiyyətlərini sınaqdan keçirmək üçün  test-drayv  nəzərdə tutulub. 

“Harley-Davidson-Baku” satış mərkəzində “Harley-Davidsonun” müxtəlif modellərindən başqa, motosiklin aksessuarlarını da əldə etmək mümkündür. Eyni zamanda  motosiklet sürənlər üçün xüsusi geyim və gündəlik istifadə üçün nəzərdə tutulmuş paltarlardan ibarət geyim kolleksiyası da təqdim olunub. 

“Harley-Davidson”un istənilən modelini əldə edən moto sevərlər dərhal beynəlxalq “H.O.G.” (Harley Owners Group) sisteminə qoşulur. Yəni “Harley-Davidson”un ailəsinin bir üzvü olaraq,  bütün dünya üzrə “Harley-Davidson”un güzəştlərindən yararlana bilirlər.  Bura servis xidmətləri və müxtəlif partilər də daxildir. 

 “Harley-Davidson-Baku” satış mərkəzində “Harley-Davidson” servis mərkəzi də fəaliyyət göstərir.  Servis mərkəzi ən son və yüksək texnologiyalara uyğun olan avadanlıqlarla təhciz edilib və “Harley-Davidson”un ümumi mərkəzləşdirilmiş təminat proqramına qoşulub. Bu səbəbdən də burada göstərilən xidmətə tam zəmanət verilir 

Azman Co salonlarında  motosikletsevənlər dünyaca şöhrətli “Screaming-Eagle” və Vance&Hines kimi motosikl aksessuarları istehsalçısı şirkətlərinin məhsullarını əldə edə bilərlər. 

 Azərbaycanın moto biznesində yerimiz.

Azman Ko  avto-moto biznesində çox yaxşı təcrübəyə malikdir. 5 il Bakıda sərgi zalı və servis mərkəzi ilə Daewoo-nun Azərbaycandakı nümayəndəsi olub.  Şirkətin iflasından sonra bölmənin fəaliyyəti müvəqqəti bağlanmasına baxmayaraq, bu çox yaxşı bazarlıq və satış idi.

Azərbaycanda müxtəlif növ motor brendləri təmsil etməklə əlaqəli – biz müxtəlif ölkələrdə olan ən yaxşı nümayəndəliklərin etdiyinin eynisini etmək istəyirik.  Motorçuları və geniş ictimaiyyəti ən yaxşı moto, hissələri, aksesuarları, ümumi ticarət və digər markalı məhsullar (libaslar) və servis ilə təmin etmək istəyirik. 

Bugun biz Azman Co-da PA&GM satırıq. Burada Schubert, Cardo və s kimi bir çox geyim, aksesuar və hissələr var. Əlbəttə bizim  media imkanlarımızla bazara çox rahat və profesionallıqla gələ bilərik.  Bizim reklam şirkətlərimizin marketinq hesabatları sayəsində  bugün rəqiblərimizin hansı səhvləri etdiklərini yaxşı bilirik. 

Işçilərimizin professionallığı sayəsində vəziyyəti idarə edə bilirik və biz müştəriyə bunları vermək istəyirik:

- Motosikl təcrübəsi

- Motosikl məhsulları  və əlaqəli xidmətləri

- Ən yaxşı müştəri xidmətlərini

Bizim paylaşma, marketing və satışda ixtisaslaşmış çox professional komandamız var.  Komandamız bugünə 2 nəfərdən 17 əməkdaşa kimi artıb. Biz çox professional səviyyədə tanınmış dünya brendləri təmsil etmək üçün bütün zəruri təlim proqramlarını həyata keçirmişik. 

Məqsədimiz müştərilərimizi keyfiyyətli xidmət ilə təmin etmək  və onlara bizim bazarda mövcud olan  bütün ilə ən yaxşı təcrübə məhsullarına malik olmağa yardım etməkdir.

Biz , “Azman Finance” proqramı çərçivəsində müştərilərimizə kreditlə motosikl almaq üçün ən sərfəli şərtlər təqdim edirik. Bu proqran qüvvədə olduğu müddətdə  Azman Ko-dan hər motosikl alan müştəriyə xüsusi şərtlər təklif olunur 

İnkişaf davam edir...