ANS GROUP | ALL STAR
 

ALL STAR

 “All star” Şirkəti Azərbaycanda ilk şirkətdir ki, sistemli inteqrasiya ilə məşğul olaraq, peşəkar audio–video, yayım və kino avadanlıqlarının ölkə ərazisinə gətirilməsini  və servis xidmətlərini həyata keçirir.

Öz  fəaliyyətini 1995-ci ildə “Azman” Şirkəti adı altında başlamış və 2009-cu ildə əsas fəaliyyət dairəsi sistemli inteqrasiya və təhlükəsizlik sistemlərinin satışı olan “Panavision” Şirkəti ilə birləşərək “All Star”  adlandırılmışdır.

Bugünkü gündə “Azman” Şirkəti Azərbaycan bazarında peşəkar audio-video avadanlıqları sahəsində ən böyük oyunçudur. Şirkətdə çalışan yüksək ixtisaslı mütəxəssislər layihələrin həlli üzrə ən yeni informasiya texnologiyasını müvəffəqiyyətlə tətbiq edir, yüksək peşəkar quraşdırma qrupu isə operativ və keyfiyyətlə onları reallaşdırırlar. “All star” Şirkəti ölkənin aparıcı televiziya kanalları və dövlət  təşkilatları üçün əhəmiyyətli, çox saylı layihələri müvəffəqiyyətlə həyata keçirmişdir. Şirkət həmçinin müvəffəqiyyətlə xırda və orta bizneslə işləyərək sifarişlərin və layihələrin həcmindən aslı olmayaraq onları ən yüksək səviyyədə, standartlara uyğun həyata keçirməyə müvəffəq olur.  

 “All star” Şirkəti SONY, ARRI, Movie Tech, Harman Group, BOSCH kimi ən mühüm teleradio-yayım, təhükəsizlik sistemləri, kino, video və audio sənayesi üzrə istehsalçılarla əməkdaşlıq edir.

“Allstar” Şirkətinin Azərbaycan bazarında  təmsil etdiyi brendlər:

 

  1. AKG
  2. BOSCH
  3. JBL
  4. KRAMER
  5. MANFROTTO
  6. NEUTRIK
  7. PROEL
  8. RCS
  9. ROBE
  10. SANYO
  11. SOUNDCRAFT
  12. SOMMER
  13. TASCAM
  14. DBX
  15. FILMGEAR
  16. SENNHEISER
  17. SONY
  18. CANON
  19. SACHTLER
  20. PENTAX
  21. JVC
  22. LEICA
  23. LITE PUTTER
  24. LIGHT SKY
  25. NIKON
  26.  PANASONIC
  27. APPLE
  28. ARRI
  29. MOVIE TECH

  

“All star” Şirkəti öz müştərilərinə bütün növ xitmətlərin, layihələşdirmə, təchizatın çatdırılma və quraşdırılması, işçi personalının təlimatlandırılması, zəmanət və zəmanətdən sonrakı xidmətlərin göstərilməsi imkanlarını yaradır. Şirkətin Servis  Mərkəzində ölkədə yeganə Servis Mərkəzi olaraq Azərbaycan bazarında təmsil etdiyi peşəkar təchizatların təmirini yüksək keyfiyyətlə həyata keçirir. Servis Mərkəzinin  mütəxəssisləri dünyanın ən yaxşı servis mərkəzlərində təlimlər və treyninqlər keçərək  bugünkü gündə Azərbaycan  bazarının tələblərini tamamilə qarşılayırlar.   

Rəqəmsal  texnologiyaların köklü şəkildə sənayenin əsas sferalarına  daxil olduğu bir zamanda, “All star” Şirkətinin əsas məqsədi özünü daima təkmilləşdirmək və yeni müasir tələblərə cavab verməkdir.  

“All star”  Şirkəti fəaliyyəti dövrü ərzində illər boyu qazandığı  bilik və təcrübəni öz partnyorlarının maraqları və rahat rifahı naminə istifadə etmək üçün hər zaman hazırdır.