ANS GROUP | DÜNƏN ANS MEDIA VƏ YAYIM ŞIRKƏTI "İLIN ƏN YAXŞI TELEVIZIYA KANALI" MÜKAFATINA LAYIQ GÖRÜLÜB. MÜKAFATI MILLI MƏDƏNIYYƏTIN TƏBLIĞI MƏRKƏZI TƏQDIM EDIB. “UĞUR” MÜKAFATI 2005-CI ILDƏ TƏSIS OLUNUB...
 

DÜNƏN ANS MEDIA VƏ YAYIM ŞIRKƏTI "İLIN ƏN YAXŞI TELEVIZIYA KANALI" MÜKAFATINA LAYIQ GÖRÜLÜB. MÜKAFATI MILLI MƏDƏNIYYƏTIN TƏBLIĞI MƏRKƏZI TƏQDIM EDIB. “UĞUR” MÜKAFATI 2005-CI ILDƏ TƏSIS OLUNUB...

Silahlı Qüvvələrin yaranma gününə ANS özünəməxsus hədiyyəsini edib

Harada vətənpərvərlik varsa, orada ANS var. Həmişə olduğu kimi Silahlı Qüvvələrin yaranma gününə teleşirkət özünəməxsus hədiyyəsini edib. 26 iyun - Milli Ordumuzun yaranma günü, ölkədə qeyri-iş günü elan olunsa da, ANS-çilər həmişə olduğu kimi bu gün də iş başındadırlar. Bu bayramın digərlərindən fərqi ondadır ki, bu gün bütün əməkdaşlarımız üçün adi iş günlərindən biri hesab olunur və işçilərin əmək haqqı da adi günlərdəki kimi ödəniləcək. Amma döyüşü alınlarına yazan ANS-çilər bu günkü əmək haqlarını ordumuza hədiyyə etməyə qərar veriblər. ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev bu barədə bunları deyib: «Ümid edirəm ki, Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitlərin məbləği Azərbaycan vətəndaşlarını utandıra biləcək dərəcədə deyil. Daha doğrusu utandıra biləcək dərəcədə az deyil. ANS Şirkətlər Qrupuna daxil olan hər bir qurum bu gün bayram günü olmasına baxmayaraq işə çıxıb və bu gün üçün əmək haqqı, əmək günü Silahlı Qüvvələrə Yardım Fonduna keçiriləcək. Bu, ANS Şirkətlər Qrupu üzvlərinin Azərbaycanın Silahlı Qüvvələrinin yaranma günündə, bayramında kiçik bir hədiyyəsi olacaq və mən yeri gəlmişkən Azərbaycan tamaşaçılarından bu təşəbbüsü müdafiə etməyi və dəstəkləməyi xahiş edirəm. Azərbaycan vətəndaşlarının hər biri ya ehtiyatda olan zabitdir, ya əsgərlikdə olan, ya da nə vaxtsa müharibə görmüş, Dağlıq Qarabağda döyüşmüş vətəndaşımızdır və bunu həm də ona görə etmək lazımdır ki, bu yaxınlarda ali baş komandan İlham Əliyev Azərbaycan Ordusunun vəziyyətindən danışanda ordumuzun bölgədə, regionda ən güclü ordu olduğunu deyib. Bizim hədiyyəmizin məqsədi ondan ibarətdir ki, biz də bu gücün içində nəyləsə iştirak edək».

Bu gün ANS Şirkətlər Qrupuna daxil olan şirkətlərin bəzilərində iməcilik də təşkil olunub. Mirşahin Ağayev bildirib ki, bunun da özünəməxsus səbəbləri var: «Bildiyiniz kimi, ANS Şirkətlər Qrupu yalnız televiziya və radiodan ibarət deyil. Burada tamamilə fərqli təmayülə, fərqli profilə malik qurumlar da var. Onlar bizim təşəbbüsümüzə qoşulub işə çıxdılar, onlardan bəzilərinin tərəfdaşları işə çıxmadığından, onların işə çıxması bir növ əlverişsiz vəziyyət yaradırdı. Belə olanda ANS PRESS Nəşriyyat Evindən təşəbbüs gəldi ki, kimin ki, özü işə çıxır və tərəfdaşı işləmir, onlar bu günü iməcilik keçirməklə qeyd etsinlər və iməcilik etməklə Silahlı Qüvvələr günündə iştirak etsinlər».

Qeyd edək ki, hər zaman ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərə həssaslıqla yanaşan, ordu qurculuğuna hər zaman dəstək verən ANS Şirkətlər Qrupunun hər bir əməkdaşı da bu kiçik töhfədən çox məmnundur. Yardımlarımız ordunun ehtiyacları fonunda dənizdə damla olsa da, hər halda əməkdaşlarımız Milli Ordu Günündə silahlı qüvvələrə bundan daha yaxşı hədiyyənin olmadığı qənaətindədir. ANS-çilər bu qənaətdədir ki, hər bir azərbaycanlı heç olmasa ildə bir gün Silahlı Qüvvələrin Fonduna bu kimi bir yardım etsə, ordumuzun daha da güclənməsinə təkan vermiş olarıq.

Daimi link: http://www.milaz.info/news.php?id=5698

 

Geri